Sumqayıt-Bakı istiqamətində yol 1 saat bağlı olub
Sərnişinlər 17 nömrəli avtobusdan pulsuz istifadə etdilər
Etirazçılar prezidentin iqamətgahını yandırdılar
Bu klinikada pasientin telefonu oğurlandı
“Azərişıq”dan narazılıq-Bəzi xidmətləri işləmir
Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
Sabiq icra başçısının oteli 236 milyona satılır
41 yaşlı mühafizəçi 15 yaşlı məktəbli ilə intim münasibətdə olub
Yasamaldakı bu məktəb müəllimlərə təmir etdirilir? - Video
Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb


31.08.2019  13:17 

Zelenskinin adından dələduzluq edənlər saxlanıldı





A+  A-

Ukraynada bir qrup fırıldaqçı özlərini Prezident Vladimir Zelenskinin nümayəndələri kimi təqdim edərək külli miqdarda pul mənimsəyib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə Prezident ofisinin rəhbəri Andrey Boqdan feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, həmin şəxslər “Ukrspeçeksport” dövlət şirkətinin keçmiş işçisindən 570 min dollar tələb edərək bu pul müqabilində onun “Ukroboronprom” dövlət konsernində yüksək vəzifəyə təyin olunacağını vəd ediblər.

Dələduzlar adı açıqlanmayan şəxsdən daha sonra da pul istəyiblər. Lakin o, burada hiylə olduğundan şübhələnərək Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) müraciət edib.

Boqdan bildirib ki, fırıldaqçılar qrupu 4 nəfərdən ibarət olub, onlardan hələ ki, ikisini saxlamaq mümkün olub. Onlardan biri özünü Prezident ofisinin rəhbərinin köməkçisi, digəri isə departament rəhbəri kimi təqdim edib.

“Biz rüşvət almırıq. Ölkədə hər şey dəyişib”, - deyə Boqdan sözlərinə əlavə edib.

Xəbər 2889 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +