“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?


21.06.2018  14:54 

Sərhəddəki atışma ilə bağlı rəsmi MƏLUMAT





A+  A-

Dövlət Sərhəd Xidməti Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı rəsmi məlumat yayıb.
Dövlət Sərhəd Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində DSX-nin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayo­nu­nun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasına cəhd edil­ib.

Sərhəd naryadı tərə­fin­dən İran İslam Res­pub­likasından Azər­bay­can Res­pub­likası istiqamə­tində silahlı şəxslərin hərəkəti aşkar olun­­­ub və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd nar­yadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sər­həd nar­ya­dının baş­çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı­rılmış əsgər Kuru­pov Ra­­ma­zan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gül­lə yaraları alıb. Dövlət sərhə­dini pozmağa mü­vəf­fəq ola bilməyən sər­həd pozu­cuları geri qaçıblar.

Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana­sına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliy­yat olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar verib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra ha­ki­­miy­yətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli­labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku­rupova baş çəkib, səhhətinin vəziyyəti ilə maraqlanıblar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəli­labad rayon şöbəsi­nin əməkdaşlarına dərin minnətdarlığını bildir­ib.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ra­­mazan Məmməd oğlu xidməti vəzifələrinin icra­sında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olun­ub.

Hadisə ilə əlaqədar zəruri tədbir­lər həyata keçirilir. Fakt üzrə Hər­bi Pro­ku­rorluq tərəfindən cinayət işi başlanılıb.

Xəbər 3287 dəfə oxunub.




02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi


BÜTÜN XƏBƏRLƏR +