Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?
Zelenski: Putin hazırda zəif vəziyyətdədir


31.08.2025  00:05 

Zelenski sülh üçün əsas tələbi açıqladı





A+  A-

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi atəşkəs rejiminin tətbiqi ilə başlamalıdır.

XəzərNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Teleqram kanalında Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığının nəticələrini şərh edərkən bildirib.

“Bu müharibənin sonu qeyd-şərtsiz atəşkəslə, tələb olunan sükutla başlamalıdır”, - o yazıb.

Ukrayna liderinin sözlərinə görə, bu mövqeyi hamı anlayır və dəstəkləyir.

O, həmçinin qeyd edib ki, Hindistan tərəfi atəşi dayandırmaq üçün lazım olan səyləri göstərməyə hazırdır. Siyasətçinin sözlərinə görə, Yeni Dehli avqustun 31-də və sentyabrın 1-də Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşlər zamanı Rusiyaya və digər ölkələrin liderlərinə “siqnal” verəcək.

“Şəhərlərimiz daim atəş altında olanda sülhdən mənalı danışmaq mümkün deyil” - o vurğulayıb.

Xəbər 946 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +