“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi -VİDEO
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


14.10.2025  18:38 

Bu halımızla bizə mədəniyyət ölkəsi demək...





A+  A-

Azərbaycanda bütün anlayışlar kimi mədəniyyət anlayışı da şikəst edilmiş şəkliylə başa düşülür. Mədəniyyət dedikdə insanların gözünün qabağında yalnız şair, rəqs ansamblı, teatr, simli və nəfəs musiqi aləti ifaçıları və s. estetik sahələrin ölü və diriləri (daha çox ölüləri) canlanır.

Mədəniyyət bizim üçün varlığı həyatımızda yox, xatirəsi qəlbimizdə yaşayan şeydir.
Halbuki mədəniyyət bir xalqın bütün sahələrdə yaradıcılıq potensialını ifadə edən bir anlayşıdır.

Yəni ölkə öz ehtiyacları üçün, məsələn, soyuducu, dərman, paltar, dərslik, top-tüfəng və s. kimi maddi vasitələr istehsal edə bilmirsə, mədəniyyətində problem var deməkdir. Daha doğrusu, mədəniyyət baxımdan yoxsuldur, ələ baxandır deməkdir.

Biz nəinki maddi ehtiyaclarımızı, mənəvi-estetik ehtiyaclarımızı da başqa mədəniyyətlərdən ixrac edirik. Ya ideya şəklində, ya da hazır məhsul olaraq.

Televiziyalarmız başqa ölkələrin proqramlarını kopyalayır. Filmlərimiz başdan-başa oğurluq kadrlardır, romanlarımız tərcümə olunmuş yad romanların təqlididir, hətta bloggerlərimiz, tiktokerlərimiz və s. də internetdə gördüklərinin kor-koranə üzünü köçürürlər.

Bu halımızla bizə mədəniyyət ölkəsi demək nə dərəcədə inandırıcı səslənə bilər?

Məktəblilər bıçaqlaşırsa, büdcə oğurluğu nəsildən-nəsilə fərasəti ifadə edən dəyər kimi ötürülürsə, müğənnilər vorzakonluq edirsə, nə bilim, kimsə nöyüt çəlləyini zorlayırsa, bunun bir adı var. Mədəniyyət qısırlığı.

Əlbəttə, mədəniyyətdə qarşılıqlı təsirlənmə labüddür. Bir mədəniyyət özünə lazım olanı yarada bilmədikdə onu başqa mədəniyyətdən ala, öyrənə bilər.

Amma bir mədəniyyət özünə lazım olan heç bir şeyi yarada bilmirsə, o, ümumiyyətlə, mədəniyyət deyildir. Dövlət milli şüurun inkişafının son həddidir. Milli şüuru inkişaf etdirən nədir? Milli düşüncənin yüksəlişi. Milli düşüncənin yüksəlişi necə baş verir? Mədəniyyət yenini yaratmağa cəhd etdikdə.

SSRİ-nin dağılmasını bir çox iqtisadi, siyasi səbəblərlə bağlaylrlar. Qırmızı imperiyanı yalnız bir səbəb dağıtdı: Bir yerdən sonra sovet mədəniyyətini dələ çarxına saldılar. Düşüncə eyni bir çarxın içində irəli qaçdığını zənn etdi. Amma onun irəli zənn edib qaçdığı yer olduğu yer idi.

Bu gün bizim mədəniyyətimiz də belə bir çarxın içindədir. Bizə elə gəlir ki, irəli addımlayırıq, halbuki bu illuziyanı bizdə yaradan ayağımızın altındakı çarxın geri fırlanmasıdır.

Aqşin Yenisey

Xəbər 4499 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +