Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


01.10.2021  20:52 

“Saakaşvili seçkiqabağı şəraiti gərginləşdirir” - Salome Zarubişvili





A+  A-

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstanda olması barədə informasiyalar sakit seçkiqabağı şəraiti gərginləşdirir və pozur.

Bunu Gürcüstan Prezidenti Salome Zarubişvili yazılı müraciətində bəyan edib.

“Ölkədə sabahkı seçkilərin açıq, ədalətli və azad keçməsi üçün hər şeydən əvvəl sakitlik lazım gəldiyi bir vaxtda iğtişaşların tirajlanması gedir. Bu, həqiqətdir, ya yalan (Saakaşvilinin Gürcüstana gəlməsi - red), bu mövzu öz-özlüyündə sakit seçkiqabağı vəziyyəti pozur və şəraiti gərginləşdirir” - Zurabişvilinin bu sözlərini onun administrasiyası sitat gətirib.

Qeyd edək ki, Mixail Saakaşvilinin bu gün Gürcüstana gəldiyi barədə informasiyalar yayılıb. Hətta onun özü bununla bağlı sosial şəbəkədə video paylaşıb. Gürcüstan Daxili İşlər Nazirliyi isə məlumatı təkzib edərək, onun Ukrayna ərazisində olduğunu, Gürcüstanın dövlət sərhədini keçmədiyini bildirib. Nazirliyin nümayəndəsi xatırladıb ki, sabiq prezident axtarışdadır və o, Gürcüstan ərazisinə gələrsə, dərhal saxlanılacaq.

XəzərNews

Xəbər 4205 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +