Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


18.02.2021  14:32 

Mehmanxanaların gəlirləri 4 dəfə azalıb





A+  A-

2020-ci ilin mart ayından başlayaraq pandemiya ilə əlaqədar Azərbaycanın da turizm sektorunda ciddi tənəzzül davam edib. Qonşu dövlətlərlə sərhəddə məhdudlaşdırıcı rejimin tətbiq olunması ilə bağlı mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb. 2020-ci ildə Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 999,8 min olub. Bu, 2019-cu illə müqayisədə 3,3 dəfə azdır.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilir ki, 2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin əsas hissəsi Bakı şəhərinin payına düşür - 58,0 faiz. Bundan əlavə, 9,7 faiz Qəbələdə, 5,5 faiz Qusarda, 4,1 faiz Qubada və digər rayonlarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir.

Gecələmələrin 14,4 faizi Rusiya, 9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə vətəndaşlarının payına düşüb.

Məlumata görə, 2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub.

Xəbər 3982 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +