Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


18.02.2021  12:10 

Arif Hacılı və digər 10 nəfər cərimələnib - DİN





A+  A-

Daxili İşlər Nazirliyi Müsavat partiyasının başqanı Arif Hacılının polis bölməsinə çağırılması barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətindən bildirilib ki, vətəndaş Arif Hacılı və onunla birgə bir neçə şəxs karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunublar: “Arif Hacılı və ya digər şəxslər saxlanılmayıb, heç bir polis bölməsinə də dəvət olunmayıb. Həmin şəxslərin karantin rejimi qaydasını pozaraq maskadan istifadə etmədikləri məlum olub.

Araşdırma nəticəsində 11 nəfər barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Həmin protokollar polis əməkdaşları tərəfindən evlərində vətəndaşlara təqdim edilib”.

Qeyd edək ki, Arif Hacılı və Müsavat partiyasının digər üzvləri müxtəlif rayonlarda şəhid məzarlarını ziyarət edərək həmin yerlərdə çəkdirdikləri fotoları sosial şəbəkədə yayımlayıblar. Bir neçə şəxs isə onların tibbi maskadan istifadə etməməsinə irad bildirib.

Xəbər 3683 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +