Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


22.07.2019  15:43 

Ölüm xəbəri yayılan Prezident 1 həftədir hardadır?





A+  A-

Ötən gün ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədovun iyulun 15-dən sonra ictimaiyyət arasında görünməməsi ilə bağlı yeni versiya irəli sürülüb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Lenta.ru” saytı Türkmənistanın siyasi mühitindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, dövlət başçısı ağır xəstə olan anası Oqulabat Berdımuhəmmədovanın yanına yollanıb. “Prezident ölməyib, Almaniyaya, 10 gündür ağır vəziyyətdə olan yataq xəstəsi anasının yanına gedib”, - deyə o, bildirib.

Qeyd edək ki, Prezidentin anasının son on gündür Almaniyada xəstəxanada müalicə olunduğu ilə bağlı məlumatı “Xroniki Türkmenistana” nəşri şəxsi mənbələrinə istinadən yazıb.

Hətta o da məlum olub ki, iki ay bundan əvvəl Türkiyədən məşhur anestezioloq da daxil olmaqla həkim briqadası təcili Aşqabada gəlib. Onların səfəri Oqulabat Berdımuhəmmədovanın səhhətinin ağırlaşması ilə bağlı olub.

Qeyd edək ki, dünən axşam saatlarında Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yayıb. Türkmənistanın Rusiyadakı səfirliyi isə xəbəri təkzib edib.

Xəbər 3138 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +