Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


20.12.2017  12:07 

BMT-də Rusiya əleyhinə qətnamə - İşğalçı elan olundu





A+  A-

Ötən gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiya tərəfindən işğal edilən Krımda insan haqlarının vəziyyətinə dair yenilənmiş qətnaməni təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, “Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları ilə bağlı situasiya” adlı qətnamənin leyhinə 70 ölkə, əleyhinə 26 ölkə, daha 76 ölkə isə bitərəf qalıb.

Əleyhinə səs verən ölkələr arasında Ermənistan, Belarus, Rusiya, Suriya, Zimbabve və sairləri var.

Qətnamədə deyilir ki, Ukrayna işğal olunmuş ərazilərdə öz vətəndaşlarının hüquq və azadlıqlarını müdafiə etməyə borcludur.

Sənəddə həmçinin, Rusiyanın BMT Beynəlxalq Məhkəməsinin yarımadada Ukrayna vətəndaşlarının hüquq və azadlıqlarının bərpası ilə bağlı qərarlarını yerinə yetirməsi tələb edilir. Bura yarımadada ukrayna və krım-tatar dillərində təhsilə qoyulan qadağanın aradan qaldırılması da daxildir.

BMT bir daha Krımın işğalı və ilhaqını təsdiqləyib və Rusiyanın bu addımı tənqid olunub.

Ukrayna XİN başçısı isə bildirib ki, Krımla bağlı bu qətnamə ən güclüsüdür. Rusiyaya Krımla bağlı təzyiqlər artırılır.

Xəbər 2721 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +