Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


12.10.2017  14:37 

Mahir Şükürov “Neftçi”dən uzaqlaşdırıldı





A+  A-

Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Mahir Şükürov "Neftçi”dən uzaqlaşdırılıb.
XəzərNews.az "Futbol+” qəzetinə istinadən xəbər verir ki, buna keçmiş müdafiəçinin işinə soyuq yanaşması səbəb olub.

Belə ki, Mahir uzun illər yığmada oynadığına görə avtomatik C kateqoriyasına yiyələnsə də, "Neftçi”nin U-14 komandasında çalışması üçün B kateqoriyası lazım gəlib. Klubdan Şükürova kurslara qatılmaq və B kateqoriyasına yiyələnmək məsləhət görülüb. Lakin sabiq futbolçu bu məsləhəti qulaqardına vurub. Hər zaman diqqət mərkəzində olmağa alışmış Şükürov uşaqlarla çalışmaqdan zövq almayıb və beləcə, məşqlərə, oyunlara gəlməyi tərgidib.

Şükürovun işinə soyuq münasibəti rəhbərliyin qulağına çatıb. Tərəflər görüşüb, söhbət ediblər və yekunda Mahirin təkcə U-14-dən yox, ümumiyyətlə, "Neftçi”dən ayrılması qərara alınıb.

Xəbər 3440 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +