Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


11.10.2017  13:43 

DİN yeni binadan mənzillər təklif edir





A+  A-

Daxili İşlər Nazirliyi polis istemində işləyən əməkdaşlara müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, müraciətdə deyilir ki, daxili işlər orqanları əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi kooperativ yolu ilə tikilən binada mənzillər təklif edir.

Paytaxtın Nərimanov rayonunun 2036-cı məhəlləsində (Ziya Bünyadov prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında) kooperativ yolu ilə tikilən 13 mərtəbəli yaşayış binasında 1, 2, 3 və 4 otaqlı mənzillərin 1 kvadratmetri heç bir faiz tutulmadan 900 manatadır.

Bir il müddətinə ilkin ödəniş 50 faiz olmaqla, mənzillərin dəyəri tikintinin sonuna qədər hissə-hissə ödənilməlidir.

Mənzillərin sahələri:

1 otaqlı – 70.63, 72.93 kvm.
2 otaqlı – 88.17, 89.21 kvm.
3 otaqlı – 152.72 kvm.
4 otaqlı – 177.18 kvm.

Həmin binada mənzil almaq istəyən əməkdaşlar DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Əsaslı Tikinti İdarəsinə (tel: (012) 408-81-25) müraciət edə bilərlər.

Xəbər 3192 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +