Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


11.09.2017  17:05 

Azərbaycan diasporunun rəhbəri: “Saakaşvilinin Ukraynaya gəlməsi erməni lobbiçiliyinin axırına çıxacaq”





A+  A-

Gürcüstan Respublikasının eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin geri dönüşü paytaxt Kiyev küçələrində əməlli-başlı canlanma yaradıb. Saakaşvilinin xaricdən Uqraynaya qayıdışı əhali arasında geniş əks-səda doğurub.
XəzərNews.az xəbər verir ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a açıqlamasında Saakaşvilinin qayıdışını belə şərh edib:

“Saakaşvili Ukraynaya gələndə onu qarşılayanlar arasında mən də var idim. Hazırda ən vacib məqam Saakaşvilinin Ukraynaya necə gəlməsi və qarşılanması ilə bağlıdır. Təşkilat rəhbəri olaraq mən də Sakaşvilinin tərəfdarıyam.

Qeyd etməliyəm ki, ölkə prezidenti Pyotr Poroşenkonun partiyasından olan millət vəkilləri də Saakaşvilinin qarşılanma törəninə qatılmışdılar. Hazırda Saakaşvili Ukrayna müxalifətinin liderinə çevrilib. Hətta onun seçkilərdə qalib gəlmək şansı da yüksək qiymətləndirilir. Çünki Mixail Saakaşvilinin dünyada nüfuzu çox yüksəkdir”.

Diaspor sədrinin sözlərinə görə, Saakaşvilinin Ukraynada nüfuz qazanması erməni lobbiçiliyinin axırına çıxacaq.

“Əsas odur ki, Saakaşvili hazırda Ukrayna hökumətinin yaratmış olduğu süni maneələri aradan qaldırmaqla məşğuldur. Onun ən ciddi rəqiblərindən biri Ukraynanın indiki daxili işlər naziri Arsen Avakovdur. Avakov Ukraynada azərbaycanlılara qarşı çox aqressiv mövqedə olan nazirlərdəndir. Bilirsiniz ki, Arsen Avakov milliyətcə ermənidir.

Bu baxımdan Saakaşvilinin Ukraynaya gəlməsi erməni lobbiçiliyinin və özbaşınalığının axırına çıxacaq. Avakovun komandası Saakaşviliyə güzəştə getmək istəmədi. Onu da deyim ki, Saakavili Azərbaycanın yaxın müttəfiqidir”.

Xəbər 2705 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +