Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO
Qaribaşviliyə qarşı ittiham irəli sürülüb


02.10.2025  14:05 

“Aztelekom”un “15 Avqust tarif şoku” və pozulan hüquqlar...





A+  A-

Ötən il 15 avqust tarixdə bütün provayderlər dövlət provayderi və təbii inhisarçı olan “Aztelekom”un təşəbbüsü ilə EYNİ ANDA internet xidmətləri üçün minimal tarifləri qaldırıblar. Bundan dərhal sonra Antiinhisar “Aztelekom”un bu addımını “kartel sövdələşməsi və vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirərək araşdırma başladıb.

Lakin indiyədək bunun nəticəsi haqqında məlumat verilməyib.

Elə bilirdim ki, Antiinhisar bu işləri tam unudub. Baxıram ki, qurum “Aztelekom”a qarşı əlavə işlər də qaldırıbmış.

Antiinhisarın saytından görsənir ki, qurum “Aztelekom”la bağlı təbii inhisarçının fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti çərçivəsində bir deyil, bir neçə iş qaldırıb.

Qurumun rəsmi saytından görsənir ki, bu qaldırılan işlərlə bağlı da araşdırmalar davam edir.

Düşündüm ki, provayderlərin “15 avqust tarif şoku” daha çox ictimai əhəmiyyət kəsb etdiyindən Antiinhisara kömək ola biləcək məqamları qeyd edim.

“15 avqust tarif şoku” ilə bağlı Rəqabət Məcəlləsinin konkret hansı maddələrinin pozulmasını araşdırdım.



Təbii inhisarçı olan “Aztelekom” Rəqabət Məcəlləsinin hansı tələblərini pozub:

1. Razılıq almadan tarif artırmaq

Maddə 39.3 və 39.6-ya görə, təbii inhisar subyekti (Aztelekom) qiymətlərin dəyişdirilməsi ilə bağlı rəqabət orqanından əvvəlcədən razılıq almalıdır. Antiinhisarın açıqlamasından belə qənaətə gəlmək olar ki , belə razılıq alınmayıb – bu, birbaşa pozuntudur.

2. Müştərinin seçim imkanını məhdudlaşdırmaq.

“Aztelekom” yalnız 25 manatlıq tarif qoymaqla, aşağı tarif seçimi imkanı tanımayıb. Bu, Maddə 40.5.7 və 40.5.8-ə ziddir:

• 40.5.7. – “müştərinin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə keçidə mane olan hərəkətlərə yol vermək qadağandır.”

• 40.5.8. – “müştərilərə münasibətdə rəqabət qanunvericiliyinə uyğun olmayan aktlar qəbul etmək və tətbiq etmək qadağandır.”

3. Ədalətsiz qiymət tətbiqi.

Maddə 39.4.1 və 39.4.3 açıq şəkildə göstərir ki, əgər qiymət artımı “mövcud qiymətlərin artmasına səbəb olur və müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərirsə”, rəqabət orqanı buna razılıq verməməlidir. “Aztelekom” isə razılıq almadan minimal qiyməti 40% qaldıraraq vətəndaşların maraqlarını pozub.

4. Artıq ödənişin geri qaytarılması öhdəliyi.

Əgər tarif artımı qanunsuz hesab edilirsə, Maddə 40.4.5-ə əsasən, müştərilərdən əsassız və ya artıq alınmış ödənişlər geri qaytarılmalıdır.

Nəticə:

Aztelekom təbii inhisarçı olaraq "15 avqust" hərəkətilə digər provayderləri də bu addımı atmağa vadar etməklə, Rəqabət Məcəlləsinin ən azı 7 maddəsinin tələblərini pozub.

Osman Gündüz


Xəbər 3068 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +