“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


28.07.2025  14:31 

Qətl törədən 18 yaşlı oğlana hökm oxundu





A+  A-

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

XəzərNews.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Həsən Kazımov 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 10 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. pizza sifarişi

Qeyd edək ki, qətllə bağlı şübhəli şəxs qismində 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilərkən, o, yetkinlik yaşına çatmadığına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün nəzərdə tutulmuş Penitensiar Müəssisəsində saxlanılıb.

İttihamda bildirilib ki, Həsən Kazimov 16 noyabr 2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən, kafenin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışmaqlarına iradını bildirib. Bu zaman Adil İsmayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Bundan sonra hadisə yerində olan Ümid Soltanovla da mübahisə edərək əlbəyaxa dava ediblər. İstintaq zamanı o da müəyyən olunub ki, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən çoxlu qan itirən Ümid Soltanov həyatını itirib.

Həsən Kazımov ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək, baş verən hadisəni 8 nəfərin onunla mübahisə edərək əlbəyaxa olması zamanı baş verdiyini deyib.

Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı digər maddələrlə də ittiham irəli sürülüb.

Xəbər 728 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +