Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq


09.09.2025  13:55 

ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?





A+  A-

ABŞ Rusiya, Çin və İrandan informasiya hücumlarına qarşı birgə mübarizə aparmaq üçün avropalı tərəfdaşları ilə yaradılmış anlaşma memorandumlarından çıxmaq qərarına gəlib.

XəzərNews.az xəbər verir ki, məlumatı "Financial Times"ın sentyabrın 8-də üç avropalı rəsmiyə istinadən yayıb.

Məlumata görə, Vaşinqton Avropa ölkələrini xarici dezinformasiya kampaniyalarına qarşı mübarizə proqramı çərçivəsində əməkdaşlığın dayandırılması barədə məlumatlandırıb. Qeyd olunur ki, ötən həftə Aİ ölkələrinin hökumətləri ABŞ Dövlət Departamentindən müvafiq memorandumların ləğvi ilə bağlı rəsmi notalar alıblar.

Bu sənədlər keçən il, Co Baydenin prezidentliyi dövründə imzalanıb və avtoritar rejimlərin sabitliyi pozmaq məqsədi ilə yaydığı saxta xəbərlərin müəyyən edilməsi və ifşa edilməsi üçün ümumi yanaşma təmin etmək məqsədi daşıyırdı.

Məlumata görə, Avropa və Afrikanın təxminən 22 ölkəsi bu təşəbbüsə qoşulub.

Mərkəzin keçmiş direktoru Ceyms Rubin “Financial Times” qəzetinə verdiyi şərhdə Rusiya və Çinin Qərbə informasiya təzyiqlərini artırdığı bir vaxtda ABŞ-ın qərarını “birtərəfli tərksilah aktı” adlandırıb. O, həmçinin xəbərdarlıq edib ki, süni intellektin inkişafı bu riskləri daha da artıracaq.

Xəbər 1029 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +