Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.02.2024  12:20 

Onlar gərgin mübarizəyə başladılar...





A+  A-

Ötən ilin iyununda birləşmək qərarı verən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə konfransı keçiriləcək.

Birləşmə konfransının Prezident seçkilərindən sonra - fevral ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, iki ittifaq birləşməsi ilə yaranacaq yeni qurum Kino İşçilərinin Birliyi adı altında fəaliyyət göstərəcək.

Konfransda həmçinin Kino İşçiləri Birliyinin yeni sədri seçiləcək.

Məlumatlı mənbənin bildirdiyinə görə, hazırda bu posta Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Şəfiqə Məmmədova iddialıdırlar.

"Hazırda nə Rasim Balayev, nə də Şəfiqə Məmmədova öz iddiasındna geri çəkilmək istəmirlər. Ancaq böyük ehtimalla yeni qurumun sədri Rasim Balayev olacaq. Onun bununla bağlı artıq hakimiyyətdən xeyir-dua aldığı bildirilir", - deyə mənbə bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir./Bakupost.az

Xəbər 2540 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +