İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb


20.06.2022  10:39 

Sahil Babayev əhali üçün görülən işləri açıqlayıb





A+  A-

"Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur".

XəzərNews.az "Report" -a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda deyib.

Nazir ölkədə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketinin həyata keçirildiyini vurğulayıb.

O, bu dövrdə sosial ödənişlərin 65 faiz, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 60 faiz, minimum əmək haqqının 2,3 dəfə, illik əmək haqqı fondunun iki dəfədən çox artdığını diqqətə çatdırıb: "173 sosial xidmətdən 110-nu e-platformadan, 48-i proaktiv qaydada təqdim edilib, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin olunub".

S.Babayev yeni istifadəyə verilən “Əmək və məşğulluq” altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. Əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklər hazırlanaraq təqdim edildiyini bildirib.

Xəbər 2750 dəfə oxunub.




04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +