Mənə hədə-qorxu gəlirlər - Qarabağ əlili
İlham Əliyev bütün Qafqazın şərəfini qoruyub - Saakaşvili
Daha bir diaspor rəhbəri Rusiyadan çıxarılır
Yasamalda silahlı insident baş verib
“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq


19.08.2024  16:23 

Benizanın olub-olmaması “Qarabağ“ üçün...-Futbol eksperti





A+  A-

Xəzərnews.az xəbər verir ki, 24media.az-ın növbəti qonağı futbol eksperti Tərlan Əhmədovdur. O, Yassin Benzianın transferi ilə bağlı xəbərlərə fikir bildirib.


Qarabağ FK-nın daha bir legioneri Yassin Benzianın transferi ilə bağlı xəbərlər yayılıb, sizcə, bu transfer baş tuta bilərmi? "Qarabağ" üçün Benzia kimi legionerləri komandada saxlamaq yoxsa transfer etmək kluba daha çox fayda verər?

Bu haqda dəqiq məlumat yoxdur. Düzdür, hər bir futbolçunun özünün oyun üslubu olduğu kimi Benzianın da öz üslubu var. "Qarabağ"dan çox futbolçular gedib, o cümlədən Kadysi, Almedası hətta o, getdi, bir müddətdən sonra qayıtdı. Lakin "Qarabağ" heç bir problem yaşamadı. "Qarabağ"ın öz oyun üslubu var. Əvəzedilməz futbolçu yoxdur, sadəcə yeni gələn futbolçunun komandaya adaptasiya olması və bunun tez bir zamanda baş verməsi çox önəmlidir. "Qarabağ"a da gələn futbolçular Qurban Qurbanovun oyun üslubuna daha tez uyğunlaşırlar. Bu baxımdan da Benzianın "Qarabağ"dan getməsi klub üçün heç bir problem yaratmaz. Bəli, mükəmməl sezon oynadılar, 18 finala qədər gəlib çıxdılar. Bu oyunlarda təbii ki, Benzianın da rolu var. Bildiyim qədəriylə Qarabağ FK bir neçə mövqeyə yeni futbolçu axtarışındadır. Düşünürəm ki, Benzianı əvəz edə biləcək futbolçu qısa müddətdə tapılacaq.

"Qarabağ"da elə futbolçular var ki, hər an oyunun taleyini həll edə bilirlər. Hətta Benzia-sız oyunlar olub ki, komanda uğur qazanıb. Buna görə də Benzianın olub-olmaması "Qarabağ" üçün nəyisə dəyişmir. Bəli, Benzia son zamanlarda "Qarabağ"da böyük fiqura çevrilmişdi. Amma yenə də bir çox futbolçular "Qarabağ"dan gəldi, keçdi, bəziləri də yenidən qayıtdı. Ancaq yenə də "Qarabağ" yaşadı, getdikcə daha da mükəmməlləşdi. Yəni Benzia olmasa belə, "Qarabağ" daha yaxşısını transfer edib, daha mükəmməl oyunlar nümayış etdirəcək.

Zəhra Niftiyeva

Xəbər 8876 dəfə oxunub.



15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı


BÜTÜN XƏBƏRLƏR +