“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


19.05.2024  19:52 

Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar





A+  A-

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun bir az əvvəl sosial şəbəkə hesabında yazdığı status və paylaşdığı fotolar platforma iştirakçılarının marağına səbəb olub.

Xəzərnews.az Diaspora.TV-yə istinadən xəbər verir ki, azərbaycanlı iş adamının paylaşımı mərhum atasının Bakıda məzarını ziyarət edən dostu, türk müğənnisi Mahsum Kırmızıgüllə bağlı olub:

"Atamın məzarını indiyədək ziyarət edə bilməsəm də, dostum Mahsum bunu mənim əvəzimə etdi. Çox sağ ol, əziz dost. Allah rəhmətə gedən bütün ataların ruhlarını şad, yaşayan bütün valideynlərin isə canlarını sağ və salamat eləsin".

Qeyd edək ki, iki gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənnisi Mahsum Kırmızıgül Mübariz Mənsimovun atasının məzarını ziyarət edib.

Xatırladaq ki, M.Mənsimovun atası Qurban Mənsimov 2023-cü ilin iyunun 20-də Türkiyədə müalicə aldığı "Liv Hospital"da vəfat edib. M.Mənsimov atasının dəfnində iştirak edə bilməyib. Səbəb isə 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarının hələ də qüvvədə olmasıdır.

Belə ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M.Mənsimovun 2021-ci ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı. İş adamı həmin ilin iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.






Xəbər 14728 dəfə oxunub.




15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +