Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


02.08.2023  16:18 

“Nar” ana dilinin inkişafına töhfə verməyə davam edir





A+  A-

Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş natiqlik çempionatı başa çatıb. "Diksiya Akademiyası"nın təşəbbüsü, “Nar”ın və “ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə keçirilən layihənin əsas məqsədi gənclərin özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək, onları Azərbaycan dilində səlis danışmağa sövq etməkdir.

Çempionat 3 tur və final mərhələsindən ibarət olmaqla 250-dən çox natiqi bir araya gətirib. Final mərhələsində iştirak haqqı qazanan 10 iştirakçı qalib gəlmək üçün səhnədə beş dəqiqəlik çıxışlarını təqdim ediblər. "Ana dilində hekayəni danış" natiqlik çempionatının qalibi öz xüsusi nitq istedadı ilə fərqlənən Elza Hacıyeva olub, layihədə 2-ci yerin sahibi Murad Hüseynli, 3-cü yerin sahibi isə Türkan Bədəlova seçilərək “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Dilin nəsillər arasında körpü və mədəni ifadə vasitəsi kimi gücünə inanan “Nar” ana dilimizin inkişafına yönəlik layihələri dəstəkləməklə Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə töhfə verir, eyni zamanda gələcək nəslə ünsiyyətdə və özünüifadədə üstün olmağa imkan yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.





Xəbər 2558 dəfə oxunub.



01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +