Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO
Ermənistanda meşə YANIR
Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi
Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski
Trampdan konspirasiya nəzəriyyəçilərini coşduran paylaşım - Nə demək istədi?
Rusiya ordusu Xersonu vurdu: Ölən və yaralananlar var
Çin Əliyev və Putini bu cür qarşıladı, fərq diqqət çəkdi - Video
Rusiyada güclü yanğın
Ərdoğan Si Cinpinlə görüşdü
Azərbaycanlı iş adamı ən böyük mağazalarını itirdi


09.11.2017  11:52 

Horadizdə Dövlət Bayrağı günü qeyd olundu - FOTOLAR





A+  A-

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 09 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, N saylı hərbi hissənin əsgər və zabitləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 09 noyabr dövlət bayrağı günü münasibəti ilə iştirakçıları təbrik edib.
Prezident cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladığını xatırladan Alı Alıyev qeyd edib ki, bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir. Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur. Dövlətin tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir. Füzuli rayonunda Horadiz şəhərində də Dövlət Bayrağı meydanı inşa olunmuş, Bayraq Muzeyinin tikintisi isə başa çatmaq üzrədir.
Alı Alıyev bildirib ki, hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üç rəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyada özünə layiqli yer tutduğunu vuğulayan Alı Alıyev Azərbaycan bayrağının isə dünyanın ən möhtəbər təşkilatlarında, beynəlxalq konfranslarda və idman yarışlarında qururla dalğalandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayıblar, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışıblar.












Xəbər 3656 dəfə oxunub.




31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?

31.08.2025  13:38 

Rusiyada güclü yanğın

31.08.2025  13:29 

Ucarda yaşayış evi yanıb

31.08.2025  13:26 

Sabahın havası açıqlandı

31.08.2025  13:24 

Ərdoğan Si Cinpinlə görüşdü

31.08.2025  01:30 

Günəş Yerə plazma buludu atıb

31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +