Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


05.09.2025  19:07 

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...





A+  A-

Bu gün Avropa liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər.

XəzərNews.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bildirib.

“Biz on beş il əvvəl qarşılıqlı hörmət və fayda əsasında Azərbaycanla tərəfdaşlıq qurmağa başlayan dönəmlərdə, bəzi Avropa liderləri bizi məsxərəyə qoyur və bizə dərs keçməyə çalışırdılar. Bu gün isə həmin liderlərin özləri Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar”, - deyə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Macarıstana energetika, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində nəzərəçarpan nəticələr qazandırıb.

“MOL Group” və MVM artıq Azərbaycanın ən böyük neft-qaz yataqlarında paya sahibdir və adi alıcılardan beynəlxalq bazarda enerji istehsalçılarına çevriliblər”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Budapeştdə Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib.

Xəbər 1325 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +