Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də
Kəlbəcərdə “Mercedes“ dərəyə aşdı
Putin Trampı imicinə zərbə vurur - Politoloq
16 yaşlı qıza təcavüz edənlər saxlanıldı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi


24.08.2025  18:52 

İsraildən QİSAS ƏMƏLİYYATI - Yəmənin paytaxtında...-FOTO





A+  A-

Husilərin cümə günü İsrailə kasset bombası ilə ballistik raket atmasından sonra İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtını vurub.

XəzərNews.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, bir neçə dəqiqə əvvəl Sənada, o cümlədən prezident sarayının ərazisində 20-yə yaxın partlayış səsi eşidilib.

Baş nazir Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Təl-Əvivdəki hərbi qərargahdakı IAF komanda mərkəzindən zərbəni izləyib.

Mövcud məlumata görə, Sənada zərbələr prezident sarayının yaxınlığındakı hərbi obyekt, yanacaq anbarı və iki elektrik stansiyasını hədəf alıb.

İsrailin "Ynet" nəşrinin xəbərinə görə, hücumlardan biri tüstülərin yüksəldiyi neft anbarını hədəf alıb.

"Reuters" hadisə şahidlərinə istinadla yazıb ki, bəzi hücumlar raket bazaları və həmçinin prezident sarayının yaxınlığında olub.

Husilərə bağlı "Əl-Məsirə" telekanalının məlumatına görə, İsrail Sənanın Əl-Satin küçəsində yerləşən neft şirkətinin stansiyasına bir neçə hava zərbəsi endirib, həmçinin hava qüvvələrinin daha əvvəl hücum etdiyi şəhərin cənubundakı Xəziz elektrik stansiyasına zərbələr endirib.

Səudiyyə Ərəbistanının "Əl-Hədas" televiziyası isə öz mənbələrinə istinadla yazıb ki, İsrail Sənanın mərkəzindəki Təhrir meydanında paytaxtın katiblik binasına hücum edib. Prezident sarayının ərazisinə hücum barədə xəbərlərə gəlincə, "Əl-Mayadeen"in paytaxtdakı müxbiri bildirib ki, kompleks əvvəllər hücuma məruz qalıb və hazırda tərk edilib.

"Əl-Hədas" xəbər agentliyi Sənadakı aviasiya kollecinin də hücuma məruz qaldığını yazıb.

Orxan



Xəbər 886 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +