“AA“ seriyalı “Land Rover“ini sürən yeniyetmə...
Hikmət Hacıyev ABŞ-da... - Görüşlər keçirir
Bu, müharibə aktıdır - Co Vilson
Dünyada daha bir eskalasiya baş verdi - Zelenski
Vilayət Eyvazov Ansaqan Baltabekovu qəvul edib
Polşa səmasında Rusiya PUA-ları vurulub
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu


20.08.2025  14:26 

ABŞ İsraili qorumaq üçün milyardlar xərcləyəcək





A+  A-

ABŞ Müdafiə Nazirliyi İsrailin müntəzəm hərbi əməliyyatları, o cümlədən İranla son silahlı toqquşmalar fonunda ehtiyatların artırılması üçün 3,5 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

XəzərNews.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin aprelində İranın İsrailə hücumunu dəf etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən buraxılan SM-3 tipli raketlərə təxminən 1 milyard dollar xərclənəcək. Hər bir raketin qiyməti 9-12 milyon dollar arasında dəyişir.

Pentaqon həmçinin İran və Yəməndən İsrailə edilən hücumların qarşısını almaq məqsədilə istifadə olunan THAAD raketdən müdafiə sistemlərinin ehtiyatlarını artırmağı nəzərdə tutur. Belə bir sistemin qiyməti təxminən 12,7 milyon dollardır.

Ayrılan vəsaitin bir hissəsi həmçinin radarlara texniki xidmət, hərbi gəmilərin təmiri və döyüş sursatlarının daşınmasına yönəldiləcək.



Xəbər 925 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +