Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


07.02.2018  09:26 

Azərbaycanda meyvə-tərəvəz ixracı artacaq





A+  A-

Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracının artmasına səbəb olan amillər açıqlanıb.
XəzərNews.az xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sahil Babayev Trend-ə açıqlamasında bildirib ki, ölkə üzrə ümumi ixracın, о cümlədən meyvə-tərəvəz ixracının artırılması məqsədilə Azərbaycanın milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də ixracın stimullaşdırılması və dəstəklənməsi istiqamətində çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: "Artıq bu tədbirlərdən bəzilərinin icrası yekunlaşdırılıb, bəzilərinin icrası isə davam edir. Hesab edirik ki, sözügedən istiqamətdə hədəflənən tədbirlərin icrası gələcəkdə Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarının həcminin artması ilə yanaşı, onların həm məhsul çeşidinin, həm də ixrac coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verəcək.

Ölkədə yerli istehsalın dəstəklənməsi və maliyyə təminatının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar bu sənədi əldə etdikdən sonrа 7 il müddətində mənfəət və gəlir vergisinin 50 faizini ödəməkdən azad edilib, həmçinin müvafıq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır. Eləcə də investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətində İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuları əlavə dəyər vergisi və gömrük rüsumu ödəmədən idxal edə bilərlər".

Nazir müavini əlavə edib ki, ölkədə fəaliyyət göstərən təsərrüfat subyektləhnin maliyyə resurslarına olan tələbatının güzəştli şərtlərlə ödənilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sözügedən sahəyə güzəştli kreditlər ayrılır: "Qeyd edək ki, Fondun fəaliyyət göstərdiyi müddət ərzində ayırdığı cəmi kreditlər içərisində kənd təsərrüfatının payı 90%-dən çox olub".

Xəbər 3190 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +