220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan
Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək
İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı
“Pirzola” restoranının sahibi niyə həbs edilib?
Adnandan sonra... - Başqa kimlər həbs oluna bilər?
İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL


24.06.2017  16:52 

Bakıda sürət qatarının piyada qızı vurduğu anın VİDEOSU





A+  A-

Bakıda sürət qatarı sərnişini belə vurub. Qatarın qarşısına yox, kənara düşən piyadanın burnu belə qanamayıb. Qəza anı, sürət qatarının təhlükəsizlik kameralarına düşüb.
XəzərNews.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik ediblər. Ani məsuliyyətsizlik az qalsın gənclərin canları bahasına başa gələcəkdi.
Görüntülərdə bir neçə oğlan yolu keçir. Onların yanında olan xanım isə biraz ləngiyir. Sürətlə Sumqayıt istiqamətindən Bakı Sərnişin vağzalına gələn qatar qızı vurub. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşüb.
Həmin gənclər hadisədən sonra ərazidən qaçdıqları üçün maşinist qızın xəsarət alıb-almamasını və onların adını belə öyrənə bilməyib.
Maşinist hadisədən sonra qatarı saxladığı üçün təxminən 8 dəqiqə geçikmə ilə Bakı-Sərnişin vağzalına çatıb.
Bununla bağlı da yol boyu bütün stansiyalardakı dispeçerlərə məlumat verib. İndi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır.



Xəbər 2903 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +