Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir





A+  A-

Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisində "Netflix", "Reuters", "Agence France-Presse", "Sky Sports", "Motorsport.com", "Associated Press", "CANAL+", "ESPN Disney Latin" kimi nüfuzlu media qurumları çəkiliş aparacaq.

XəzərNews.az xəbər verir ki, yarışın işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir.

Yarışın promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin ixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasir texniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat və funksional iş mühiti yaradır.

Burada akkreditasiya xidməti ilə yanaşı, xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuş texniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçün tam təchizatlı zal mövcuddur.

İldən ilə Azərbaycan Qran Prisi qlobal səviyyədə çox maraqla izlənilir. Təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayım vasitəsilə yarışı izləyib, ümumilikdə isə 3,9 milyarddan çox insan müxtəlif platformalarda Bakı Qran Prisinə maraq göstərib.

Bakı trekinin həyəcanlı ab-havası, gərgin idman mübarizəsi və beynəlxalq medianın geniş iştirakı ilə 2025-ci ilin Azərbaycan Qran Prisinin də dünya səviyyəsində böyük rezonans doğuracağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Xəbər 4165 dəfə oxunub.




22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +