Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


01.05.2025  14:21 

“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT





A+  A-

Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində yük avtomobilləri üçün quraşdırılmış tərəzi sisteminin düzgün işləmədiyi iddia olunur. Sürücülər bildirirlər ki, bu səbəbdən AYNA tərəfindən onlara əsasız şəkildə 600 manat məbləğində cərimələr tətbiq edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə ajans.az redaksiyasına bir neçə sürücü müraciət edib. Onlardan biri – Allahverdi Əhmədovun sözlərinə görə, o, Giləzi tərəzisindən 40 ton 120 kiloqram yüklə keçib. Lakin Qaradağda ona 42 ton 510 kiloqram yüklə hərəkət etdiyi əsas gətirilərək cərimə yazılıb.

Sürücü qeyd edir ki, maddi vəziyyəti acınacaqlıdır və 600 AZN cəriməni ödəmək onun üçün çətindir.

Digər sürücü – Mehman Mustafayev də oxşar vəziyyətlə üzləşib. O, Qazaxdan 39 ton yük götürdüyünü, Ağstafa və Ucar tərəzilərindən problemsiz keçdiyini deyir. Lakin Qaradağda ona 42 ton yüklə hərəkət etdiyi üçün 600 manatlıq cərimə yazılıb.

Eyni hal Nazir Ağayevin başına gəlib. O bildirir ki, “DAF” markalı yük avtomobili ilə 40 ton yük daşısa da, Qaradağ tərəzisində bu rəqəm süni şəkildə 43 tona çatdırılıb və nəticədə ona da cərimə tətbiq edilib.

Sürücülər deyirlər ki, normaya uyğun yüklə hərəkət etdiklərini sübut edən sənədləri var. Onların sözlərinə görə, Səngəçal tərəzisində dəfələrlə oxşar hallar baş verib və bu cihazın düzgün işləmədiyi ehtimal olunur.

Məsələ ilə bağlı AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) ilə əlaqə yaratmağa çalışdıq. Nəhayət, telefon zəngimizə cavab verən qurumun mətbuat katibi Tural Orucov yalnız bir cümlə ilə kifayətləndi:

“Həmin şəxslər rəsmi qaydada müraciət etməlidir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən ümumi çəkidən və ya oxa düşən yük kütləsindən 5 faiz və daha artıq həddə artıq yüklə hərəkət etməsi fiziki şəxslər üçün 600 manat cərimə ilə nəticələnir.



Xəbər 3938 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +