Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb
Gəlinini döyən qayınana cəzalandırılıb


14.10.2024  12:54 

“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper





A+  A-

"İnsanların başını gic- gic mahnılarla doldurublar və zövqlərini pis günə qoyublar. Efirlər ancaq tiktokda soyunan müğənniləri ekrana çıxardırlar. Səviyyə yoxdur və insanlar da yalnız onları görür".

"Mc Bus" adı ilə tanınan məşhur reper Baba Süleymanlı Xəzərnews.az-ın suallarını cavablandırıb.

O, Azərbaycan musiqisi və repinin hazırki vəziyyətindən, efirlərdən və həyata keçirdiyi layihələrdən söz açıb.

Onunla müsahibəni təqdim edirik:

1) Baba bəy xoş gördük, necə gedir işlər? Nə yenilik var?

Çox şükür İsmayıl bəy. Hər şey qaydasındadır. Hər zamankı kimi iş, ailə və musiqi ilə məşğuluq.



2) Uzun müddətdir sizi sanki daha az görürük, eşidirik. Niyə yoxsunuz?

Əslində daimi olaraq dayanmadan çalışıram. Yeni proyektlər və kliplər var, lakin əvvəlki kimi ciddi vaxt ayıra bilmirəm və yaxşı işlər ciddi vaxt tələb edir, amma tezliklə yenidən böyük bir geri dönüş etməyi düşünürəm inşallah.

3) Asap gold-la yeni layhiyəyə başlamısınız. Birdən qərar verdiniz ki, özünüzü verilişdə də sınamalısınız ya necə? Belə bir fikir hansı zərurətdən doğdu? Sizcə, uğurlu olacaqmı?



Bəli, Elvinlə (Asap_Gold) BUSSAP adlı yeni lahiyəyə başlamışıq. Sevdiyimiz, yaxınlarımız, dostlarımız və incəsənətlə məşğul olan insanları çağırıb onlarla söhbət edib müzakirələr aparırıq. Məqsədimiz insanların sənətçiləri daha yaxından tanımasıdır. Düşünürəm ki, uğurlu olacaq.

4) Azərbaycan musiqisinin hazırki vəziyyəti sizi qane edirmi?

Hazırda təbii ki, xeyr. Ortada bu qədər istedadlı gənclər varkən, insanlar Nəfəsə, Vefa Şərifovaya, Arzu Xanım-a, Elnur Əmrahova filan qulaq asır. Youtube Trendlərinə girirsən, elə bil Avtovağzala girirsən. Hamsı eyni notlar eyni tonlar eyni mənasız mahnılar...



5) Nəyə görə azərbaycan repi türk (dünya) repindən bu qədər geri qalır?

Elə bayaq dediyim kimi... Çünki insanların başını gic- gic mahnılarla doldurublar və zövqlərini pis günə qoyublar. Efirlər ancaq tiktokda soyunan müğənniləri ekrana çıxardırlar. Səviyyə yoxdur və insanlar da yalnız onları görür, amma müsbət tərəfdən baxsaq sırf öz ölkəmizə görə rap dinləyiciləri də az deyil.



6) Və son olaraq dinləyicilərinə nə demək istəyərsən?

Daim güclü və müsbət enerjili olsunlar. İnsanlara pozitivlik ötürsünlər. Gülsünlər, sevsinlər və ən əsası sevdikləri işlə məşğul olsunlar. Hamınızı sevirəm. Özünüzü qoruyun.

Söhbətləşdi:
İsmayıl Rəhimoğlu










Xəbər 9791 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +