Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


08.10.2022  10:28 

Binada baş vermiş yanğın söndürülüb





A+  A-

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112-qaynar telefon xəttinə paytaxtın Nizami rayonunun Qara Qarayev prospektində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

XəzərNews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və hər an genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyənləşdirilib.

Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnika olan avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Yanğın zamanı binanın damında olan bir kişi yanğınsöndürənlər tərəfindən xilas olunub.

Yanğın nəticəsində binanın ümumi sahəsi 1470 kvadratmetr olan dam örtüyünün taxta atmaları təxminən 26 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan taxta atmalar 25 kvadratmetr sahədə qarsalanıb. Mənzillər və dam örtüyünün böyük hissəsi yanğından mühafizə olunub.

Xəbər 6258 dəfə oxunub.



11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +