MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib


06.10.2022  12:27 

Praqa görüşü... - Yeni şərtlər irəli sürülə bilərmi?





A+  A-

“Praqa görüşünə Azərbaycan tərəfi növbəti dəfə güclü tərəf kimi qatılır. Dörd tərəfli görüşdə Fransanın təmsil olunması əsasən, rəsmi Yerevanın istəyi ilə baş tutub. Fransa prezidenti E. Makron Ermənistanın mövqeyini müdafiə edəcək”.

Bu barədə açıqlamanı XəzərNews.az-a siyasi şərhçi Məhəmməd Əsədullazdə verib.

O qeyd edib ki, Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitəçilyi ilə keçirilən dörd görüşdə məhz Azərbaycanın təklifləri əsasında danışıqlar prosesi keçib: “Brüssel dörd görüşdə beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın mövqeyini müdafiə edib. Fransanın porseslərə qatılması Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi ilə nəticələnə bilər. Rəsmi Bakı belə formatda Fransanın təmsilçiliyinə etiraz etməlidir. Çünki, Avropa İttifaqı prosesi aparır. Rəsmi Parisin danışıqlar formatında olması sühün əldə edilməsinə mane olacaq. E. Makron tam erməni lobbisinin təlimatı ilə hərəkət edir. Ona görə də bu formatda danışıqlar müsbət olamyacaq. Praqada keçirlən görüşdə Türkiyə Fransanı neytrallaşdıra bilər”.

M.Əsədullazadə əlavə edib ki, Azərbaycanı Türkiyə müdafiə etdiyindən, Fransa prezidenti Türkiyənin regionda iştirakını neytrallaşdırmaq üçün Ermənistanı siyasi olaraq müdafiə edir: “Türkiyənin rolu burada əsasən sabitləşdiricidir. Brüssel görüşündən ciddi nəticə nəticə gözlənilmir. Xarici işlər nazirlərləri sülh müzakirələrini davam etdirəcək. Gələn ay Brüsselin vasitəçiliyi ilə liderlərin görüşünün keçirilməsi razılaşdırılacaq. Bu görüşdən sonra Azərbaycan Ermənistana növbəti dəfə əsirləri qaytara bilər”.

Xəbər 8838 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +