Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


06.07.2022  01:23 

“Daha çox pressinq etdik, rəqibə imkan vermədik”





A+  A-

“Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim. “Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Lex”ə 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi komandasından razı olduğunu bildirib:

“Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Müəyyən çatışmazlıqlarımız ola bilər. Amma bugünkü oyundan razı qaldım. Səfərdə oynamağımıza baxmayaraq, daha çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab görüşündə çox dəyişiklik etmək fikrimiz yoxdur. Əksinə, meydanda etdiklərimizi daha da təkmilləşdirmək istəyirik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Hələ bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq”.

- “Qarabağ”ın məğlubiyyətinin səbəbi Avstriyada təlim-məşq toplanışının ağır keçməsi ola bilər?

- “Lex” bu gün heç də bizdən üstün oynamadı. Amma məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada “Lex”in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur.

- “Qarabağ” buna qədər heç vaxt Polşa klublarına uduzmamışdı, “Lex” isə Azərbaycan təmsilçilərinə hələ məğlub olmayıb. Sizcə, cavab görüşündə qələbə şansınız nə qədərdir?

- Hələ matçdan əvvəl demişdim ki, bu cütlüyün favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Bu gün məğlub ola bilərik. Amma şansları yenə də yarı-yarıya görürəm.

- Toral Bayramov və Abbas Hüseynov ötən mövsümün sonlarından etibarən əsas heyətdəki yerlərini itiriblər. Bunun səbəbi formadan düşməkləri, yoxsa intizamsızlıqlarıdır?

- Düzgün qeyd etdiniz ki, yerlərini itirdilər. Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə güvənirik, əsas oyunçularımızdır. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir.

- “Lex”dən belə oyun gözləyirdiniz?

- Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq./“Qafqazinfo”

Xəbər 9032 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +