Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


09.04.2021  12:26 

Ətrafa zibil atan sex sahibləri cərimələnib





A+  A-

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində reydlər keçiriblər.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, aprelin 6-da keçirilən tədbir zamanı Nəsimi rayonu ərazisində yerləşən mebel sexinin həyətində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə İmişli rayon sakini Balabəy Cəfərov barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimələnib.

Aprelin 8-də keçirilən reydlər zamanı da Sumqayıt şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazilərində sənaye tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə görə Sumqayıt şəhər sakini Abdulla Məmmədov 500 manat, Gədəbəy rayon sakini Tofiq Kazımov isə 8500 manat məbləğində cərimələniblər.

Qeyd edək ki, Balabəy Cəfərov və Abdulla Məmmədoc sex sahibi, Tofiq Kazımov isə "Esko" MMC-nin vəzifəli şəxsidir.

Xəbər 3281 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +