Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


13.06.2019  17:52 

Şamaxıda 150 ailənin taxıl zəmisi yanıb – RƏSMİ





A+  A-

Şamaxı İcra Hakimiyyəti də taxıl zəmilərində baş verən yanğınla bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, iyunun 12-də saat 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş, 100 ha biçilmiş taxıl və 40 ha otlaq sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib.

Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Yanğının bloklaşdırılması məqsədi ilə traktorlar vasitəsilə hadisə baş verən sahənin ətrafı şumlanıb, yanğının ətraf ərazilərə yayılmasının qarşısı tamamilə alınıb.

Yanğın iyunun 13-də saat 04.20 radələrində söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın baş verən ərazidə yerləşən 1,5 km uzunluqda, 2 il bundan əvvəl relsləri sökülmüş köhnə dəmiryolu şpalları da qismən yanıb.

Yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri üzrə hazırda araşdırma aparılır.

Xəbər 3015 dəfə oxunub.



12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +