Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


13.06.2019  11:36 

“Unibank”da SKANDAL - Müştərinin gizli məlumatlarını başqasına verdilər





A+  A-

Azərbaycanın ən ciddi banklarından biri sayılan "Unibank”da skandal sayılacaq hadisə baş verib.
XəzərNews.az-ın Bakupost.az-a istinadən məlumatına görə, bankın işçiləri Mahir Abbasov adlı müştərinin məlumatlarını özündən xəbərsiz başqa bir müştəriyə verib. Bu barədə M.Abbasov özünün sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, "Unibank”ın Salyan filialının əməkdaşı ondan xəbərsiz şəxsi məlumatlarını *** 05 95 sonluqlu nömrəyə yönləndirib.

Müştəri bu barədə SMS məlumatlandırma aldıqdan sonra bankın Baş ofisinə yaxınlaşıb və bildirib ki, şəxsi məlumatlarının başqa nömrəyə yönləndirilməsi ilə bağlı heç bir tələbi olmayıb.

Skandal isə bundan sonra ortaya çıxıb. M.Abbasov şəxsi məlumatlının yönləndirildiyi nömrəyə zəng edib və məlum olub ki, xəttin digər ucundakı adamla eyni ad-soyad-ata adına sahibdirlər. "Unibank”ın Salyan filialının əməkdaşı da bu ad-soyad-ata adı oxşarlığına görə hər iki şəxsin məlumatlarını birləşdirib: "Məlum oldu ki, Salyanda yaşayan və mənlə eyni ad-soyadı daşıyan şəxs "Unibank”da VÖEN hesabı açdırıb. Bankın "təcrübəli işçiləri” isə mənim məlumatlarımı onun hesabına bağlayıb”.

M.Abbasovun banka şikayətindən sonra problem həllini tapmaq əvəzinə, daha da qəlizləşib. Belə ki, "Unibank”ın işçiləri bu dəfə də Salyanda yaşayan Mahir Abbasovun məlumatlarını Bakıda yaşayan adaşına yönləndiriblər.

"Unibank”ın müştərilərinin gizlilik prosedurunu pozduğunu bildirən şikayətçi haqlı olaraq sual edir ki, sabah kimsə onun adından kredit götürsə, hesabından pul çıxarsa və ya bankda başqa bir əməliyyat həyata keçirsə, bunun məsuliyyətini kim daşıyacaq?

Məsələ ilə bağlı "Unibank”ın da mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik.

Xəbər 3747 dəfə oxunub.




12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +