Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


28.01.2019  16:37 

“Bağçada iş üçün 1500 manat istədilər”





A+  A-

“Müəllimləri 1500 manat pul alaraq işə götürürlər, ancaq aylıq əmək haqqı 150 manatdır”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”yaz-a müraciətində Nəcib İbrahimov “Dəcəllər” bağçasının müdirəsindən şikayətində deyib.

Şikayətçi bildirib ki, o, həyat yoldaşını 1500 manat ödəyərək işə düzəldib. Ancaq 9 ayda dəfələrlə maaş olmadığı üçün xanımı məzuniyyətə göndəriblər: “Müdirə o pulu verən hər kəsi işə götürür. Müəllimlərlə əmək müqaviləsi bağlanmır. Bağçanın Qaraçuxurda, Ramanada, Binədə, Binəqədiddə və başqa kəndlərdə filialları var”.

Sözügedən bağçanın müdirəsi Vüsalə Hacıyeva “Qafqazinfo”ya açıqlamasında deyilənləri təkzib edib. Bildirib ki, tərbiyəçi öz istəyi ilə bağçadan ayrılıb: “9 ay bu xanım bağçada işləyibsə, deməli problemi öz problemi olub ki çıxıb. Mən onu çıxarmamışam. Özəl yerdə uşaq az olanda mən də bütün müəllimlərə maaş verə bilmirəm. Bu səbəbdən bir dəfə yayda, bir dəfə də qışda məzuniyyətə göndərmişəm. Özü körpə uşaqlı olduğu üçün gedib gəlməkdə çətinlik çəkirdi deyə ayrılıb. Maaşı da 300 manat olub, sənədli şəkildə sübut edə bilərəm. Onların da nə sübutu var, çıxarsınlar ortaya. O ki qaldı iş üçün 1500 manat pul tələb etməyimə, elə söhbət ola bilməz. Hamısı şər böhtandır”.

Xəbər 3114 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +