Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


20.11.2017  23:54 

Dönər aparatının üzərində ət yerinə siçanlar - Bakıda ŞOK VİDEO





A+  A-

Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.
Görüntülər o qədər ürəkbulandırıcıdır ki, şam yeməyinin vaxtı olduğundan həmin kadrların üzərini bağlayaraq təqdim edirik.

XəzərNews.az xəbər verir ki, şok yaradan və ürəkbulandırıcı bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birində çəkilib. Bu barədə Xəzər TV xəbər yayıb.

Elə bu görüntülər əsasında biz də sözügedən dönərxanaya getdik. Hansı səbəbdən getdiyimizi biləndən sonra, oranın sahibi və işçilər suallarımızı cavablandırmayaraq qaçdılar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısı alınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.
Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

O ki, qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir.


Xəbər 3313 dəfə oxunub.





12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +