MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib


02.10.2017  18:54 

Avtobusların dayanacaqlara gecikmə SƏBƏBLƏRİ açıqlandı





A+  A-

“Yeni tədris ili başlayandan və tətil mövsümü bitdiyindən şəhərdə həm sərnişinlərin, həm də nəqliyyat vasitələrinin sayı artıb. Bu da təbii olaraq günün pik saatlarında yollarda və ictimai marşrut şəbəkəsində müəyyən sıxlıqların yaranmasına səbəb olur”.
Bu sözləri Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, tədris ili başlamadan bir neçə gün əvvəl BNA müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq məktubu göndərib.

“Həmçinin keçirilən görüşdə də şifahi şəkildə onlara xəbərdarlıq edilib. Avtobuslararası intervalın tənzimlənməsi, zərurət olduğu halda marşrutlar üzrə əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi, bu son yağıslı günlərlə əlaqədar da təkrar xəbərdarlıqlar edilib”.
M. Ağayev deyib ki, avtobuslar arasındakı intervalın böyüməsinə təsir göstərən bir sıra amillər var ki, daşıyıcıların tənzimləməsi mümkünsüzdür

“Çünki avtobus yerüstü nəqliyyat vasitəsidir. Xüsusən də günün pik saatlarında yollarda müşahidə edilən tıxac səbəbindən gecikmələr olur. Nəticə etibarı ilə sərnişinlərimiz dayanacaqlarda uzun müddət avtobus gözləməli olur. Gecikmələrin əsas səbəbi tıxaclardır. Qalan digər hallarda intervalların süni şəkildə uzadılması halı aşkar edildikdə BNA dərhal buna reaksiya verir və problem aradan qaldırılır”

Xəbər 3067 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +