Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


15.05.2017  15:16 

Qəzalı yataqda işçilər çalışıdırılır? – “Azneft”dən AÇIQLAMA





A+  A-

“Hazırda qaz kompressor sahəsinin qəzalı 1 saylı kompressor stansiyasında işçilər var”.
XəzərNews.az xəbər verir ki, bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib. Məsələnin araşdırılmasına ciddi ehtiyac olduğunu deyən hüquq müdafiəçisi, işçilərin çalışdırılması üçün tapşırığın “Azneft”in qaz nəzarət şöbəsinin rəisi Yaşar müəllim tərəfindən verildiyini qeyd edib.

“Azneft” İstehsalat Birliyinin İcitmaiyyətlə əlaqələr üzrə təmsilçisi Vurğun Həsənli Modern.az-a deyib ki, sözügedən stansiyanın yerləşdiyi meydança tam sağlamdır və heç bir qəzası təhlükəsi yoxdur:
“Meydançada olan - qazlift sistemini yüksək təzyiqli qazla təmin edən 10 ədəd qaz-kompressor qurğusu yüksək vibrasiya ilə çalışdığına görə, ötən ilin mart ayında "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəyi əsasında bağlanıb. Yəni, qaz-kompresssor qurğusu çalışıdırılmazsa, meydançada hər hansı bir təhlükə yoxdur.

Sözügedən sexin işçiləri zaman-zaman meydançanın təmizliyi və yaxud meydançada təmir işlərinin aparılması məqsədilə, meydançaya girib-çıxa bilirlər. Qısacası, meydançanın özündə hər hansı qəzalı və ya təhlükəli vəziyyət yoxdur”.

V.Həsənli qeyd edib ki, hazırda, orda işçilər çalışdırılmır:
“Amma, bu o demək deyil ki, orada işçilər çalışa bilməz. Qaz-kompressor qurğularının təmiri və ya meydançanın təmizliyi məqsədilə meydançaya işçilərin gedib-gəlməsində heç bir məhdudiyyət yoxdur”.

Xəbər 3006 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +