Azərbaycanlı kikboksçu karyerasını bitirdi
Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu


10.02.2017  14:18 

"Bu deputatın mandatı ləğv olunmalıdır" - YAP Siyasi Şurasının üzvü





A+  A-

Deputat Araz Əlizadənin Bakının xilaskarı Nuru Paşa haqqında dedilklərinə reaksiyalar gəlməkdə davam edir  XəzərNews.az-ın məlumatına görə, YAP Siyasi Şurasının üzvü Musa Musayev “azpolitika”ya açıqlamasında bildirib ki, belə məsələlərdə heç kimə güzəşt ola bilməz. O, qeyd edib ki, hər kəs öz məsuliyyətini dərk etməlidir, kimsə dərk etmirsə müvafiq qurumlar onu başa salmalıdır: “Mən Araz Əlizadənin belə münasibətini təsadüfi hesab etmirəm. Cənab Prezident bir neçə gün əvvəl Cocuq Mərcanlı kəndinin bərpası haqqında sərəncam imzaladı. Bu tarixi bir hadisədir. Bu qərarın əhəmiyyəti bir kəndin bərpası ilə məhdudlaşmır. Mən deyərdim ki, bu sərəncam böyük qayıdışın başlanğıcına bir işarədir. Bu təkcə uçub dağılmış evlərin deyil, həm də milli yaddaşın bərpası deməkdir. Cocuq Mərcanlı kəndinə qayıdış eyni zamanda tarixə, ilkə, mənbəyə qayıdiş deməkdir”. M.Musayev hesab edir ki, belə bir məqamda Araz Əlizadə kimilərin xalqın əsəblərinə toxunan hücumları məqsədlidir: “Görünən budur ki, Cənab Prezidentin bu addımı anti-dövlətçi, Azərbaycanı sevməyən mərkəzlərin əsəblərinə toxunub. Jirinovski dərhal Azərbaycan dövlətçiliyini aşağılayan bəyanatla çıxış edir. Millət vəkili dediyimiz Araz Əlizadə də Azərbaycan dövlətçiliyinin və tarixinin şanlı səhifələrinə dil uzadır, ləkələməyə çalışır. Mən bunu bir Nuru Paşaya olan yanlış kimi dəyərləndirməzdim. Çünki Araz Əlizadə Azərbaycan dövlətçiliyi üçün müqəddəs sayilan bütün dəyərlərə həqarətlə yanaşır. Yəqin ki, xatırlayırsınız, o bizim himnimiz haqqında da yersiz və əsasız açıqlamalar vermişdı. Guya ki, himnimizin mətni yaxşı deyil və onu dinləyən də “elektrik almır” və s.. İndi hamı hamını yaxşı tanıyır. Biz Araz Əlizadənin hansı ideologiyadan “elektik aldığını” yaxşı bilirik. Ona görə də, mən, Azərbaycan dövlətçiliyini düşünən hər kəsdən xahiş edirəm ki, tarixmizə, milli heysiyyatımıza uzanan çirkll əllər kəsilib atılmalıdır. Və əminəm ki belə də olcaq. Milli Məclis Araz Əlizadınin mandatı ilə bağlı məsələni müzakirə edəcək”.


Xəbər 3319 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +