Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto


06.10.2025  15:41 

Peskov: “Aİ-nin ittihamları əsassızdır”





A+  A-

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının pilotsuz təyyarələrlə bağlı səsləndirdiyi ittihamlara cavab verib.

XəzərNews.az TASS-a istinadla xəbər verir ki, bu barədə Peskov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya avropalı siyasətçilərin Moskvaya qarşı səsləndirdiyi “pilotsuz təyyarə” iddialarını qəti şəkildə rədd edir.

“Avropada bir çox siyasətçilər var ki, indi hər şeydə Rusiyanı günahlandırmağa meyllidirlər. Onlar bunu həmişə əsassız və fərq qoymadan edirlər. Biz bu ittihamlara da eyni cür baxırıq”,- Kremlin sözçüsü vurğulayıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya kansleri Fridrix Merzin pilotsuz təyyarələrin Rusiya ilə əlaqələndirilməsi barədə açıqlamasına istehza ilə münasibət bildirib.

O qeyd edib ki, Almaniya rəsmiləri Münhen səmasındakı dronların mənşəyini yalnız növbəti əsrdə müəyyən edə biləcəklər.

Qərb mediasının yaydığı məlumata görə, Kopenhagendə keçirilən Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammiti də məhz bu məsələ ilə bağlı fikir ayrılıqları səbəbindən dalana dirənib. Bildirilir ki, sammit iştirakçıları pilotsuz uçuş aparatları və müdafiə məsələlərini dörd saatdan çox müzakirə etsələr də, ortaq qərara gələ bilməyiblər.

Zəhra Rahibqızı

Xəbər 2426 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +