Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?





A+  A-

“VKontakte” sosial şəbəkəsinin və “Telegram” messencerinin yaradıcısı Pavel Durov bildirib ki, 2018-ci ildə onun həyatına qarşı zəhərlənmə cəhdi olub.

XəzərNews.az xəbər verir ki, o, bu barədə sentyabrın 30-da podkaster Lex Friedman-a müsahibəsində danışıb.

Durovun sözlərinə görə, hadisə TON layihəsi üçün maliyyə axtardığı dövrdə baş verib. Həmin vaxt bəzi ölkələr “Telegram”ı bloklamağa cəhd edirdi. O dövrdə kirayədə yaşayan Durov qonşusunun şübhəli davranışlarından söz açıb. Bir dəfə qonşusu evə gəlməmiş onun qapısına nəsə qoyub gedib. Durov evə qayıtdıqdan bir saat sonra isə özünü pis hiss etməyə başlayıb.

“Bütün bədənimdə ağrı hiss etdim. Ayağa qalxıb tualetə getməyə çalışdım, amma bədənim zəifləməyə başladı. Əvvəl görməyim və eşitmə qabiliyyətim, sonra nəfəsim kəsildi. Hər şey kəskin ağrılarla müşayiət olunurdu – ürək, mədə, damarlar... Mən bunun zəhərlənmə olduğunu anladım”, – deyə Durov xatırladıb.

Onun sözlərinə görə, özünü ölü bildiyi anlar yaşayıb. Ertəsi gün yerdə oyandığını, lakin çox zəif halda olduğunu və yeriyə bilmədiyini qeyd edib: “İki həftə ayağa qalxa bilmədim. Bədənimdə qan damarları partlamışdı”.

Durov bu barədə nə komandasına, nə də digər şəxslərə məlumat verdiyini deyib. O, hadisənin hansı ölkədə baş verdiyini və kimdən şübhələndiyini açıqlamayıb.

Hazırda onun səhhətində hər hansı problem olmadığı bildirilir.

Xəbər 2323 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +