Güclü zəlzələ, bu ölkədə
MTV kanalları Avropa ölkələrində fəaliyyətini dayandırır
ABŞ-da atışma baş verib: Yaralılar var
Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib


29.08.2025  11:41 

Kassir “ƏDV geri al” sistemi vasitəsi ilə Maliyyə Nazirliyinə 5,5 minlik ziyan vurdu





A+  A-

Hacıqabul Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Cabir Kərimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

XəzərNews.az Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Cabir Kərimov Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “Fədək Market” MMC-də kassir vəzifəsində işləyib. O, 2023-cü ilin fevral ayının həmin ilin oktyabr ayına kimi olan müddət ərzində kassa aparatına daxil olaraq nağdsız qaydada müxtəlif məbləğlərdə qəbz çıxararaq mobil telefonun “Birbank” tətbiqi vasitəsi ilə “ƏDV geri al” sistemindən müxtəlif məbləğlərdə pul əldə edib. Nəticəsində Cabir Kərimov Maliyyə Nazirliyinə 5503 manat 26 qəpik maddi ziyan vurub.

Daha sonra Cabir Kərimov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Xəbər 2406 dəfə oxunub.




11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +