Azərbaycan teatrına 377, erməni teatrına isə 906 min lari...
Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir


13.03.2025  09:58 

Azərbaycanda bir çox klinika bağlanacaq





A+  A-

Azərbaycanda bir çox klinika bağlanacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə "Səhiyyə TV"nin rəhbəri və bir neçə özəl klinikanın sahibi Azər Xudiyev Baku TV-nin efirində deyib.

İcbari Tibbi Sığorta məsələsinə toxunan A.Xudiyev xəstələrin məmurlara aid olan klinikalara göndərildiyini vurğulayıb:

"Bu gün özəl klinikaların maddi durumu pisləşib, çünki ora müraciət edən xəstələrin sayı azalıb. Buna görə də özəl klinikalar çalışır ki, fərqli xidmət göstərsin, investisiya yatırsın və s. Bu, heç bir qurumun problemi deyil. Burada fərqli subyektiv məsələlər var. İcbari Tibbi Sığorta ilə müraciət edən xəstələr dövlət təşkilatlarına göndərilir. Orada keyfiyyətli xidmət göstərilmir, xəstələr uzun növbələrdə qalır. Və biz məcburi göndərişlərlə özəl tibbi xidməti məhv edirik.

Vətəndaş öz maaşından ayırır ki, "mən icbari tibbi sığorta ilə təmin olunum". Amma o, keyfiyyətli xidmət almır. Burada subyektiv məqamlar var.

Xəstələr ya dövlət xəstəxanalarına göndərilir, ya da məmurlara bağlı klinikalara. Mən sizə əminliklə deyirəm ki, bir neçə ilə bu gün fəaliyyət göstərən klinikaların 50 faizi bağlanacaq".


Xəbər 4608 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +