Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


07.04.2024  18:39 

Xaricdə yaşayan alimlərimizin KİV-də tanıtımı müsbət addım olardı - Ekspert gileyləndi





A+  A-

“Xaricdə kifayət qədər tanınmış alimlərimiz var. Eyni zamanda elmi pedoqoji və elmi fəaliyyətlə məşğul olan yeni nəsil alimlərimiz də yetişməkdədir".

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.

Ölkə prezidentinin müvafiq sərəncamı ilə bir neçə ildir xaricdə təhsil üzrə dövlət proqramları həyata keçirilir:

“Birinci proqramdan fərqli olaraq, ikinci proqramda “magistratura” və “doktorantura” üzrə təhsil almaq üçün göndərilənlərin sayı üstünlük təşkil edib. Buna səbəb hazırda ali məktəblərimizdə elmi-pedoqoji və elmi kadrların çatışmazlığıdır. Onların təhsil aldıqdan sonra Vətənə qayıdıb işləmələri üçün müvafiq şəraitdə yaradılıb”.

E.Qafarov vurğulayıb ki, Dövlət Proqramından yararlanan hər bir şəxs ölkəyə qayıtdıqdan sonra işlə təmin olunması ilə bağlı zəmanət alır:

“Xaricdə fəaliyyət göstərən alimlərimizin ali məktəblərimizə dəvət olunması çox təqdirəlayiq hadisə olardı”.

Ekspert qeyd edib ki, ali məktəblərimizin büdcəsi və verdiyi əmək haqqı, o qədər kiçikdir ki, alimlərimizin aldığı əmək haqqı onların yol puluna belə çatmaz:

“Onlar yaşadığı ölkələrdə və elmi cəmiyyətlərdə azərbaycanlı olaraq fəaliyyət göstərir və dövlətimizi həmin ölkələrdə təmsil edirlər”.

E.Qafarov bildirib ki, xaricidə yaşayan alimlərimizin KİV-lərdə tanıdılması çox müsbət addım olardı.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 3573 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +