Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


08.08.2025  14:06 

Azərbaycanda bu banklar birləşə bilər





A+  A-

“Moody’s” beynəlxalq reytinq agentliyi ortamüddətli perspektivdə Azərbaycanda kiçik banklar arasında konsolidasiyanın olacağını proqnozlaşdırır.

Bu barədə agentliyin açıqlamasında bildirilir. Bununla belə, qurum ölkədə hansı bankların birləşə biləcəyi barədə fikir bildirməyib.

İndiyə qədər Azərbaycanda bankların 3 dəfə konsolidasiyası baş verib. Belə ki, 1997-ci ildə “Tuqay Bank” və “İlk Bank” birləşərək “Bank of Baku”, 2002-ci ildə “MBank” və “Promtexbank” birləşərək “Unibank”, 2017-ci ildə isə “Atabank” və “Caspian Development Bank” birləşərək “Atabank” adı ilə fəaliyyətini davam etdirib. Bunlardan sonuncunun lisenziyası 2020-ci ildə ləğv edilib.

Bəs bundan sonra hansı bankların birləşməsi mümkündür?

İlk növbədə onu bildirək ki, konsolidasiya məsələsində maliyyə qurumlarının səhmdarlarının yaxınlığı böyük önəm kəsb edir. Bu baxımdan mümkün birləşmə halları aşağıdakılardır:

- “AFB Bank”ın səhmlərinin 99,6%-nə nəzarət edən Hikmət İsmayılov həm də “Bank of Baku”nun səhmlərinin 31,1%-ni sahibidir. Bu fakt konsolidasiya üçün şərait yaradır.

- “Bank Avrasiya”nın isə səhmlərinin 37,5%-nə nəzarət edən "Euro Standard" MMC həm də “Xalq Bank”ın 33,85%-lik səhmdarıdır. Bu banklar da birləşə bilər./Yurd.Media

Xəbər 1343 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +