“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək


03.06.2018  17:46 

Göyçayda 5 ailə köçürüldü - 45 ailə də təhlükədədir





A+  A-

Göyçay çayına gələn güclü sel səbəbindən şəhərin bir hissəsində yerləşən ikimərtəbəli yaşayış binaları və fərdi yaşayış evləri üçün təhlükə yaranıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Göyçay rayon İcra Hakimiyyətində keçirilən rayon fövqəladə hallar komissiyasının iclasında bildirilib.

Tədbirdə idarə və təşkilat rəhbərləri ötən gün Göyçay çayına gələn selin fəsadlarının aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev məlumat verib ki, Göyçay çayının yatağı selin təsiri nəticəsində getdikcə genişlənir, su sahildəki torpağı yuyaraq uçquna səbəb olur. Nəticədə Göyçay çayının sol sahilində yerləşən ikimərtəbəli bina və fərdi yaşayış evləri üçün təhlükə yaranıb. Çaya yaxın olan 5 ailə artıq ərazidən köçürülüb, digər 45 ailəyə isə təhlükə artarsa müvəqqəti olaraq mənzillərini tərk edərək başqa yerdə yaşamaları tövsiyə olunub.

İclasda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə aidiyyati qurumların rəhbərlərinə çay ətrafında yaşayan insanların, asma piyada körpüsündən keçən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, kəndlərin və rayon mərkəzinin rabitə, internet, təbii qaz, içməli su ilə təminatının bərpa edilməsi, şəhərdəki tullantılarının vaxtında daşınması, kəndlərlə şəhər arasındakı nəqliyyat probleminin həll edilməsi və gediş-gəlişin müvəqqəti olaraq Ucar ərazisindən təmin edilməsi, ərzaq məhsullarının çatdırılması, əkin sahələrinin və meyvə bağlarının Göyçay çayı vasitəsilə suvarılmasının bərpası ilə bağlı tapşırıqlar verib. Bütün işlərlə bağlı rayon icra hakimiyyətində yaradılan xüsusi qərargaha məlumat verilməsi tövsiyə olunub.

Xəbər 1750 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +