Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video


27.01.2023  15:11 

İran səfiri təcili XİN -ə çağırıldı





A+  A-

İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvi səfirliyə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

XəzərNews.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.

Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.

İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.

Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.

Xəbər 1095 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub


BÜTÜN XƏBƏRLƏR +