Xamneyi öldürülərsə, Rusiya “çox mənfi” reaksiya verəcək...
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb
Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır
“Mahir Ay Brat“ kimi tanınan meyxanaçı həbs edilib
İran İsrailin Beer Şeva bölgəsini darmadağı etdi
İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü


21.11.2022  14:43 

Prezident ICAPP Baş katibini qəbul edib





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.

XəzərNews.az xəbər verir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirdi.

Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edildi, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Xəbər 2399 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +