İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


25.07.2019  16:52 

Azyaşlılara qarşı seksual zorakılıq edən məşqçi Məlikov həbs edildi





A+  A-

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu uşaqlara qarşı seksual zorakılıqlar edən şəxslə bağlı məlumat yayıb.
XəzərNews.az-a daxil olan məlumatda qeyd olunur ki, Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.

Belə ki, futbol üzrə qeyri-rəsmi məşqçi işləyən Cəlilabad rayon sakini Elsəvər Məlikovun cari ilin may-iyul aylarında Sabunçu rayonu ərazisində kirayədə yaşadığı evdə azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə iyulun 16-da rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

E.Məlikov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1835 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +